Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana səfəri başlayıb.Missiya.Az Report'un yerli bürosuna xəbər verir ki, o, səfər zamanı Gürcüstan prezidenti
Salome Zurabişvili və baş naziri
İrakli Qaribaşvili ilə görüşəcək.
Aİ-nin ali rəsmisi həmçinin parlament sədri
Arçil Talakvadze və siyasi partiya nümayəndələri ilə də görüşlər keçirəcək.
Ş.Mişel Gürcüstanı sabah tərk edəcək.
Qeyd edək ki, ötən gün Gürcüstanda siyasi böhranın aradan qaldırılması üzrə hakimiyyət və müxalifət arasında Ş.Mişelin təqdim etdiyi razılaşma imzalanıb.