AZ   |   RU
Gizli şəkildə Ukrayna taxılını daşıdığı üçün saxlanılan Rusiya gəmisi haradadır?

Ukrayna taxılını daşımaqda şübhəli bilinən Rusiya bayraqlı “Zhıbek Zholy” yük gəmisi ötən gün axşam saatlarında Türkiyənin şimal-qərbindəki Karasu limanını tərk edib. 

Missiya.Az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. 

Ukraynanın Türkiyədəki səfiri bir neçə gün bundan öncə Ankaranın həmin gəmini saxladığını bildirmişdi. 

Qeyd edək ki, Ukrayna Türkiyədən gəmini həbs etməyi xahiş etmişdi.

Daşqın Həsənov 
Missiya.Az 


  • 7-07-2022, 11:01