AZ   |   RU
Polis serjantı özünü asdı

Sabiq polis əməkdaşı bu gün axşam saatlarında intihar edib.

Missiya.Az xəbər verir ki, hadisə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fuad Ağayev səhhətindəki problemlərlə əlaqədar bir müddət öncə öz istəyi ilə polis orqanlarından xaric edilib.

  • 6-07-2022, 21:10