AZ   |   RU
İngilislər Türkiyənin NATO-dan çıxarılmasını belə qiymətləndirdi: Bu, fəlakət olardı!

İngiltərə “Financial Times” qəzetində “Ərdoğan, qəzəbləndirən, lakin əvəzolunmaz müttəfiq” başlıqlı yazı dərc olunub.

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, yazıda Türkiyənin NATO-dan kənarda qalmasının fəlakətlə nəticələnəcəyi diqqətə çatdırılıb.

Yazıda həmçinin Türkiyənin İsveç və Finlandiya ilə apardığı danışıqlardan və Qara dəniz vasitəsi ilə Ukrayna taxılının daşınması ilə bağlı rolundan bəhs olunur, Ankaranın NATO-da xüsusi yeri olduğu, onun iştirakı olmadan alyansın zəifləyəcəyi xüsusi vurğulanır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın rəhbərliyi ilə İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitdə Anakara böyük diplomatik uğura imza atıb. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsinin qarşılığında həmin ölkələrdən PKK, PYD və FETÖ terror təşkilatlarına dəstəyin dayandırılması ilə bağlı yazılı öhtəlik alıb.

Teymur Aslanov
Missiya.Az


  • 5-07-2022, 17:40