AZ   |   RU
Sumqayıtda tikinti kimyəvilərinin istehsalı zavodu inşa ediləcək

Sumqayıt Kimya Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.

Missiya.Az
“APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

İnvestisiya dəyəri 17 mln. manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

  • 5-07-2022, 15:25