AZ   |   RU
İranın XİN rəhbəri: “Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik”

“Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.

Missiya.Az xəbər verir ki,“Mehr”ə bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.

  • 4-07-2022, 15:08