Gürcüstanın paytaxtı Tbilisidə vətəndaş cəmiyyəti təşkilatlarının "Evə, Avropaya” şüarı ilə növbəti genişmiqyaslı aksiyası keçirilir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, minlərlə vətəndaş parlament binasının qarşısına toplaşıb. "Utanc" hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etməyəcəklərini bildiriblər.
Parlament binası qarşısındakı mitinq səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə çox sayda polis cəlb olunub.
Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər