AZ   |   RU
Türkiyə ilk dəfə "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib
Türkiyə istehsalı olan "Bayraktar Akıncı" PUA lazerlə idarə olunan raketi sınaqdan keçirib.

Missiya.az "Report"a istinadən xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

"Akıncı" PUA daha əvvəl “Anadolu Qartalı - 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.


  • 2-07-2022, 20:54