AZ   |   RU
Özbəkistan Prezidenti iğtişaşlar baş verən şəhərə getdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukusa gedib.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukus şəhərinə uçub.

Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.

Yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir.

Yerli sakinlər ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə etiraz məqsədilə iyulun 1-də aksiya keçiriblər.


  • 2-07-2022, 20:11