Güney Azərbaycandan olan müğənni Afşin Azərinin ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal tərəfindən canlı yayımdan qovulması Azərbaycanda kütləvi narazılığa səbəb olub.
Missiya.Az xəbər verir ki, vətəndaşlar Zaur Kamalın davranışını tərbiyyəsizlik kimi qiymətləndirərək onun ünvanına sərt fikirlər səsləndiriblər.
Sosial şəbəkələrdə Güney Azərbaycandan olan soydaşımızın müdafiəsi və Zaur Kamalın qeyri-etik hərəkətilə bağlı müvafiq tədbir görülməsi tələbilə kampaniyalar aparılır.
“Zaurrəddol” həştəqi ilə davam etdirilən kampaniya getdikcə daha da kütləvi xarakter alır. İzləyicilər tələb edirlər ki, ARB telekanlının rəhbərliyi Zaur Kamalı efirdən uşaqlaşdırlması ilə bağlı qərar qəbul etsin. Maraqlıdır, vətəndaşların tələbi yerinə yetiriləcəkmi? ARB rəhbərliyi telekanalın imicinin keşiyində dayanaraq Güney Azərbaycandan olan soydaşımızı səbəbsiz yerə efirdən qovan aparıcını işdən uzaqlaşdıracaqmı? Hələlik məsələ ilə bağlı telekanaldan hər hansı açıqlama verilməyib.