AZ   |   RU
Ərdoğan Putin və Zelenski ilə danışacaq


“Qarşıdakı günlərdə cənab Putinlə və cənab Zelenski ilə telefonla danışacağıq”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.


  • 30-06-2022, 18:05