AZ   |   RU
Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib


Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib.

Missiya.Az
xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Ukrayna Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyir.
Biz bu qərarı Ukraynaya qarşı qeyri-dost hərəkət, onun suverenliyinə və ərazi bütövlüyünə qəsd, Ukrayna qanunvericiliyinin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. Suriya rejiminin Kremldəki kuratorlarının göstərişi ilə Donetsk və Luqansk vilayətlərindəki Rusiya işğalçı administrasiyalarına psevdosubyektivlik verməyə cəhd etdiyinə şübhəmiz yoxdur.

Bu qeyri-dost hərəkətə cavab olaraq Ukrayna 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq konsulluq əlaqələrini dayandırmadan Suriya ilə diplomatik münasibətləri kəsdiyini bəyan edir. Ukrayna tərəfi həmçinin Suriyaya qarşı ticarət embarqosu, habelə Suriyanın hüquqi və fiziki şəxslərinə qarşı digər sanksiyaların tətbiqi proseduruna başlayır.

“Bizim mövqeyimiz aydındır - biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək və bütün mövcud vasitələrlə, o cümlədən diplomatik cəbhədə milli maraqları qorumaq cəhdlərinə mümkün qədər sərt reaksiya veririk”, - XİN rəhbəri Dmitri Kuleba vurğulayıb.
Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı cinayətləri ilə əlaqədar Ukrayna tərəfi hələ 2016-cı ildə Dəməşqdəki Ukrayna səfirliyini bağlamış, həmçinin 2018-ci ildə Suriyanın Kiyevdəki səfirliyinin bağlanması barədə göstəriş vermişdi. Suriyadakı ukraynalıların maraqları Ukraynanın Livandakı səfirliyi tərəfindən qorunur”, - bəyanatda qeyd olunub.


  • 30-06-2022, 17:47