AZ   |   RU
Britaniya Azərbaycan və Ermənistanda minaların təmizlənməsinə yarım milyon funt-sterlinq ayırıb


Böyük Britaniya hökuməti Ermənistan və Azərbaycanda minaların təmizlənməsini dəstəkləmək üçün 500,000 funt-sterlinq məbləğində ikinci maliyyə dəstəyi ayırıb.

Missiya.Az Reporta-a istinadən xəbər verir ki, bu vəsait Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) minaların effektiv təmizlənməsində təlim və ekspert məsləhəti ilə kömək etmək imkanı verəcək. Dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri olan bu regionun minalardan təmizlənməsinə Böyük Britaniyanın verdiyi dəstək 1 milyon funt-sterlinqi ötüb.

  • 30-06-2022, 15:25