“Rusiya Ukraynaya hücum etdikdən sonra qərb sərhədlərində daha az NATO ölkəsinin olacağna ümid edirdi, lakin tamamilə yanıldı. Putin artıq Rusiya sərhədlərində daha çox NATO ölkəsi görəcək.”
Missiya.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın baş naziri Boris Conson İspaniyanın paytaxtı Madriddə NATO Sammitində jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Madriddə keçirilən NATO Zirvəsinin tarixi hadisələrlə dolu olduğunu vurğulayan Conson, bildirib ki, alyansa iki yeni ölkə - Finlandiya və İsveç üzv olacaq. Bu, ittifaqımız üçün böyük bir addımdır".
Teymur Aslanov
Misiya.Az