Ukrayna xalqı 3 ədəd Bayraktar TB2 SİHA almaq üçün ianə kampaniyası başladıb. Bunu öyrənən Baykar şirkəti SİHA-ları hədiyyə etmək qərarına gəlib.
Missiya.Az xəbər verir ki, Ukrayna xalqı məşhur teleaparıcı Sergey Pritulanın ötən həftə başlatdığı kampaniyada böyük dəstək nümayiş etdirib.
Qeyd edək ki, məşhur jurnalistlər, sənətçilər, futbolçular,iş adamları kimi bir çox insanın iştirak etdiyi “Bayraktar” kampaniyasının məqsədi 15 milyon dollar toplamaq və 3 PUA almaq olub. Əslində, 3 gündə 4 SİHA almaq üçün kifayət qədər (20 milyon dollar) yığılıb. Ancaq vəziyyəti öyrənən Baykar şirkəti, tələb olunan SİHA-ları hədiyyə edəcəyini və bütün ianələrin Ukrayna xalqının bağışlanmağını istədiyini bildirib.
2-ci dəfə Bayraktar TB2 SİHA-nı Ukrayna xalqına hədiyyə edən Baykar şirkəti bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu bizi heyran etdi. Baykar olaraq toplanan ianələrlə alınması hədəflənən 3 ədəd Bayraktar TB2 SİHA-nı təmənnasız dost Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqınabağışlanmasını xahiş edirik. Baykar olaraq ədalətli həll arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik”.
Qeyd edək ki,Ukrayna dünyada Bayraktar zərbə pilotsuz təyyarələrinin ən böyük müştərilərindən birinə çevrilib.
Teymur Aslanov
Missiya.Az