Fransa Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə bağlı müraciətini dəstəkləməyib.
Missiya.az politexpert-netə istinadən xəbər verir ki, bu dövlət başçısı Emmanuel Makronun bəyanatında bir daha təsdiqini tapıb.
Beşinci Respublikanın lideri bəyan edib ki, Zelenskinin tələbi ilə Rusiyanı “terrorizmin sponsoru” kimi tanımaq niyyətində deyil. Makron əlavə edib ki, Paris hüquqi yanaşmanı rəhbər tutur.
"Fransa bu metodologiyaya əməl etmir", - prezident vurğulayıb.
Qeyd edək ki, bu haqda Makron G7 sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
Zərintac Mayisqızı
Missiya.Az