AZ   |   RU
Ukraynada Bayraktar istehsal olunacaq

Ukraynanın müdafiə naziri Bayraktar istehsalının ölkədə həyata keçirilməsi ilə bağlı xəbərləri təsdiqləyib.

Ukrayna və Türkiyə Müdafiə nazirlikləri Ukraynada “Bayraktar” zərbə vuran pilotsuz uçuş aparatlarının (PUA) istehsalı layihəsi üzərində işləyirlər. 

Missiya.az
RİA Novostiyə istinadən  xəbər verir ki , bu barədə Ukrayna Hərbi Departamentinin rəhbəri Aleksiy Reznikov məlumat verib .

Nazir bildirib ki, respublikada pilotsuz təyyarələrin istehsalı üzrə birgə zavodun tikintisi ilə bağlı tərəflər arasında "prinsipcə razılaşmalar" əldə olunub.

“Bunlar orta müddətli planlardır. Və onlar həyata keçiriləcək”, - Reznikov vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 28-06-2022, 17:17