AZ   |   RU
NATO-nun Rusiya ilə sərhədlərə yaxın batalyon qruplarının sayı açıqlanıb


NATO-nun Rusiya ilə sərhədlərə yaxın batalyon qruplarının ümumi sayı 9600 nəfəri ötüb.

Missiya.az
TASS-a istinadən xəbər verir ki, bu məlumat alyansın sammit üçün sənədində açıqlanıb.

İyunun 17-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nun hərbi infrastrukturunun Rusiya və Belarus sərhədlərinə yaxınlaşdığını bildirib.

O hesab edir ki, Şimali Atlantika Alyansının hərbi mövcudluğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərb cinahında güclənir və çoxsaylı blok təlimləri keçirilir.

Teymur Aslanov
Missiya.Az


  • 28-06-2022, 16:58