Bişkekin Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın paytaxtında baş verən iğtişaşlar üzrə Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə bəraət verib.
Missiya.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda qeyd olunur ki, məhkəmə Atambayevin əməllərində cinayət tərkibi görməyib. İttiham tərəfi iğtişaşlar təşkil etdiyinə görə eks-prezidentə 12 il həbs cəzası istəyib.
Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də Qırğızıstanda keçirilən prezident seçkilərindən sonra Bişkekdə etirazlar başlayıb. Oktyabrın 6-da Atambayev qanunsuz olaraq istintaq təcridxanasından buraxılıb, oktyabrın 9-da mitinqdə iştirak edib.
Tezliklə keçmiş prezident yenidən saxlanılıb.
Teymur Aslanov
Missiya.Az