AZ   |   RU
Çin NATO-nu yalan bəyanatlarla təxribat törətməməyə çağırır

Çin Xarici İşlər Nazirliyi bildirib ki, NATO Çinə qarşı yalan bəyanatları dayandırmalıdır.

Missiya.az
RİA Novostiyə istinadən  xəbər verir ki , bu barədə çərşənbə axşamı, iyunun 28-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian məlumat verib. Beləliklə, o, alyansın yeni strateji konsepsiyada ÇXR-i “sistemli çağırış” adlandırmaq planlarını şərh edib.

Siyasətçi alyansı Çinə qarşı yalan bəyanatlar yaymağı “dərhal dayandırmağa” çağırıb. Lijian həmçinin bildirib ki, bəzi ölkələr NATO-nun köməyi ilə “hegemonluqlarını qoruyub saxlayırlar” və “xəyali düşmənlər” yaradırlar.

Zərintac Mayisqızı
Missiya.Az


  • 28-06-2022, 16:47