Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici kəşfiyyatla əməkdaşlıq edən daha bir hərbçini həbs edib.
Həbs edilən hərbçi xarici kəşfiyyata binalar, silahlar, hərbi zirehli texnika, döyüş və nəqliyyat vasitələrinin sayı, növləri, həmçinin təlimlərini keçirən kəşfiyyat və digər birləşmələrin planlarından məlumat verib və bir neçə fotoşəkil yayıb.
Missiya.Az xəbər verir ki, hərbi qulluqçu “Odnoklassniki” sosial şəbəkəsindən istifadə edərək işə götürülüb.
Qeyd edək ki, o, 4,8 min dollara xarici kəşfiyyatda çalışmağa razılaşaraq “Whatsapp” mobil əlavəsi vasitəsilə ona məxsus hərbi sirləri ehtiva edən bütün məlumatları toplayaraq xarici kəşfiyyata ötürüb.
Hərbçi cinayət işi əsasında dövlətə xəyanətdə ittiham olunaraq, həbs edilib.
Zərintac Mayisqızı
Missiya.Az