AZ   |   RU
Tehranda partlayış baş verib

İranın paytaxtı Tehranda partlayış baş verib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, partlayış paytaxtın Qeytəriyyə bölgəsində, yağdəyişmə mağazasında qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 4 mağaza dağılıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

  • 28-06-2022, 15:07