AZ   |   RU
Ceyranbatan-Pirallahı su kəmərinin tikintisinə 49 milyon manat xərclənəcək


"Azərsu" ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Missiya.Az
dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Nort Vest Konstrakşn” MMC-dir.

Qalib şirkətə 48,66 milyon manat ödəniləcək.


  • 28-06-2022, 14:46