AZ   |   RU
Nazir: “Peşə təhsili ilə bağlı yeniliklər olacaq”
"Yeni tədris ilində məktəblərdə xüsusilə informasiya texnologiya sahəsində avadanlıqların, kompüterlərin sayı, o cümlədən internetin keyfiyyəti artırılacaq".

Missiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu il ilk dəfə olaraq müəllimlərin sertifikasiyası planlaşdırılır:
“Bu, bir neçə bölgəni əhatə edəcək. Eyni zamanda həm sistem, həm də rəqəmsal bacarıqların artırılması layihəsinin genişlənməsini düşünürük. Təhsil sahəsi ilə yanaşı peşə təhsili ilə bağlı da yeniliklər olacaq”.

  • 28-06-2022, 14:44