Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin 4-cü iclasının iyulun 1-də Vyanada keçiriləcəyini açıqlayıb.
Missiya.Az HaberGlobal-a itinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada iyulun 1-də Vyanada keçiriləcək 4-cü görüşdə Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, iki ölkə arasında normallaşma danışıqlarının birincisi yanvarın 14-də Moskvada baş tutub. Bu görüşdə Ermənistan və Türkiyə arasında 2020-ci ildə başa çatan uçuşların bərpası qərara alınıb və qarşılıqlı uçuşlar fevral ayından başlayıb.
Xüsusi Nümayəndələr ikinci iclasını fevralın 24-də, üçüncü iclasını isə mayın 3-də Vyanada keçiriblər. Bu prosesdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 11-13 mart tarixlərində Antalyada keçirilən Antalya Diplomatiya Forumunda iştirak edib.
Teymur Aslanov
Missiya.Az