Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və “Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.
Missiya.Az report-a verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra “Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.