AZ   |   RU
İlon Maskdan acı etiraf: "Şirkətlərim təchizat probleminə görə milyonlarla dollar itirir"

“Çin limanlarında yaşanan problemlər, batareya təchizatının qeyri-kafi olması səbəbindən “Tesla” şirkətinin Texas və Berlin şəhərlərin qurduğu yeni fabriklərinin istehsalını artırmaqda çətinlik çəkirik.”

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, bu sözləri “Tesla” şirkətinin rəhbəri İlon Mask  Silikon Vadisi Tesla Sahibləri klubunda fabriklərinin təchizat problemləri ilə bağlı danışarkən deyib.

O bildirib ki, hazırda yeni fabrikləri milyardlarla dollar itirir.

"Həm Berlin, həm də Ostin fabriklərimiz hazırda böyük miqdarda pul itirir.

Texas fabrikində “4680” olaraq adlandırılan yeni bataryaların istehsalının artırılması ilə bağlı problem yaşanır.

Bundan başqa, “2170” adlandırılan bataryalar üçün lazım olan avadanlıqlar Çin limanlarında ilişib qalıb",- deyə o, vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 23-06-2022, 14:34