AZ   |   RU
Avropanın iki ölkəsi Rusiya ilə əlaqələri tam kəsmək üzrədir

“Xorvatiya və Sloveniya Rusiya ilə münasibətləri “donma nöqtəsinə” çatdırıblar.”

Missiya.Az
xəbər verir ki, bu sözləri TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan sonra bu ölkələrin Rusiyaya qarşı düşmən mövqeyi - Kiyevə silah yardımı, Rusiya səfirliklərinin əməkdaşlarının ölkədən çıxarılması ilə müşayiət olunur.

Rusiyalı diplomat bütün bunların təxribatdan başqa bir şey adlandıra bilməyəcəyini deyib.  Yuri Pilipson bildirib ki, münasibətlərin bərpası yalnız Xorvatiya və Sloveniyanın istəyi ilə ola bilər.

"Münasibətlərin bərpası onları “donma nöqtəsinə” gətirənlərin təşəbbüsü ilə başlamalıdır. Təbii ki, Zaqreb və Lyublyanada sağlam düşüncə formalaşmayınca, dönüş mümkün olmayacaq."

Teymur Aslanov
Missiya.Az


  • 23-06-2022, 12:52