AZ   |   RU
Britaniya XİN rəhbərindən qlobal aclıqla bağlı XƏBƏRDARLIQ: "Taxıl daşınması ilə bağlı problem həll olunmalıdır"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Böyük Britaniyanın xarici işlər naziri Elizabet Truss Ankarada mətbuat konfransı keçirib.
 
Missiya.Az 
haber7.com-a istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu  və Elizabet Truss qlobal “taxıl böhranı” barədə açıqlamalar veriblər. 

Çavuşoğlu bildirib ki, Türkiyənin hərbi nümayəndə heyəti onların dəvəti ilə Moskvaya səfər edib. Türkiyə XİN rəhbəri Moskva danışıqlarının konstruktiv olduğunu deyib. 

O bildirib ki, Türkiyə Ukrayna taxılının və ya hər hansı ərzaq məhsulunun Rusiya tərəfindən alınıb, qeyri-leqal yollarla satışa çıxarılmasına qarşıdır.

“Türkiyə də satışın həyata keçirilməsini istəmir. Əgər İstanbulda razılaşma olarsa, bir nəzarət mərkəzi qurulacaq, Ukraynanın dəniz sularından kənarda təhlükəsiz bölgə yaradılacaq.”

Elizabet Truss isə deyib ki, əgər taxılın daşınması ilə bağlı problem həll olunmazsa, ciddi aclıq yaranacaq. 

““Taxıl dəhlizi” ilə bağlı təcili qərarlar qəbul edilməlidir. Problem bu ay içində həll olunmalıdır.” 
 
Zərintac Mayisqızı
Missiya.Az


  • 23-06-2022, 12:38