Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana tarixi səfəri zamanı 20-yə yaxın sənəd imzalanıb, əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əlavə addımların atılması ilə bağlı razılaşmalar əldə olunub. Həmçinin kənar təhdidlərin olduğu bir dövrdə hərbi sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət müzakirə edilib.Prezident İlham Əliyevin Özbəkistana tarixi səfəri barədə
Missiya.Az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Daşkənd Bakı ilə əlaqələrə böyük əhəmiyyət verən ölkələrdəndir.
“Sovet İttifaqı parçalandıqdan sonra Azərbaycanla Özbəkistan arasında münasibətlər daha yüksək səviyyədə inkişaf etməyə başladı. Ümummili liderimiz Heydər Əliyev Özbəkistanla münasibətlərin inkişafına xüsusi diqqət yetirdi. Ümummilli Liderlə Özbəkistanın o zamankı dövlət başçısı İslam Kərimov arasında dostluq əlaqələri iki ölkə münasibətlərinin daha da dərinləşməyinə rəvac verdi. Bu gün də cənab İlham Əliyevlə Şavkat Mirziyayev arasında həmin dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir".
Siyasi şərhçi Azərbaycanla Özbəkistan arasında ortaq siyasi, hərbi və iqtisadi xətlər barədə danışıb. O bildirib ki, Özbəkistan Azərbaycan üçün Mərkəzi Asiyada strateji əhəmiyyətə malik, qardaş ölkədir. "Daşkənd də Bakı kimi hərbi bloklara yönəlmir və ortaq məsafə saxlayır. Eyni zamanda Özbəkistan Azərbaycanla Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında (TDT) ortaq addımlar atan ölkədir. Daşkənddə imzalanan bəyannamə iki ölkə münasibətlərini siyasi və humanitar əlaqələrdən iqtisadi, enerji məsələlərinə qədər daha da sıx birləşməyə yönəldir". Tural İsmayılov Özbəkistan-Azərbaycan münasibətlərinin gələcək inkişafına da toxunub. Siyasi şərhçi qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Özbəkistan Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni layihələrdə vacib yerlərdən birini tutan bilər.
"2023-cü ildə Azərbaycan-Özbəkistan münasibətləri önəmli bir məsafə qət etmiş olacaq. Bəyannamədə hərbi sahədə əməkdaşlıq müddəası iki ölkənin də müdafiə və təhlükəsizlik imkanlarını genişləndirir. Daşkənd Bəyannaməsi TDT daxilində daha koordinasiyalı yeni əməkdaşlıqlara da rəvac verəcək".Elvin Məmmədov
Missiya.Az