AZ   |   RU
18 min kilometr uçan "Sarmat" raketi bu tarixdə istifadəyə veriləcək - Putin Qərbə meydan oxudu

Rusiya prezidenti Vladimir Putin Moskvadakı hərbi məktəbin buraxılış mərasimi zamanı iddialı çıxış edib.

Missiya.Az
Haber7.com-a istinadən xəbər verir ki, Putin, "məğlubedilməz" olaraq adlandırdığı və nüvə başlıqları daşıya bilən qitələrarası “Sarmat” raketlərinin ilin sonunda xidmətə girəcəyini açıqlayıb. Putin bildirib ki, Rusiya ordusunu modernləşdirərək, onu daha da gücləndirəcək.

Rusiya lideri S-500 hava hücumundan müdafiə sistemlərinin ordunun silah arsenalına daxil edilməsi ilə bağlı prosesin getdiyi deyib.

Qeyd edək ki, aprel ayında uğurla sınaqdan keçirilən “Sarmat” raketi Qərb mediasında ciddi müzakirələrlə səbəb olmuşdu.


Kremldəki mənbələrin məlumatına görə, raket NATO-ya qarşı hazırlanıb və çəkisi 200 tona bərabərdir. Arxangelsk bölgəsindən havaya buraxılan raket, 6 min kilometr uzaqlıqda yerləşən Kamçatka yarımadasındakı hədəfi vurub. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, “Sarmat” raketlərinin qarşısını kəsə biləcək havadan müdafiə sistemi yoxdur. Kreml raketin Rusiyanı təhdid edən insanlara da mesaj olduğunu bəyan edib. Rusiyanın Müdafiə Nazirliyi “Sarmat”-ın dünyanın ən güclü qitələrarası raketi olduğunu elan edib.

Bildirilir ki, raket 10-15 nüvə başlığı daşıyan və 18 min kilometr uzağa uça bilir. 

Strateq Jan Villamsın sözlərinə görə, böyük ehtimalla “Sarmat” dünyanın ən güclü silahıdır. Hərbi ekspertlər iddia edirlər ki, raket Rusiyanın qərbindən havaya buraxılacağı təqdirdə, 13 dəqiqəyə Londona çata bilər. "Sarmat" raketinin Böyük Britaniya, Fransa və ya Texas ölçüsündə bölgəni bir zərbə ilə məhv etmək iqtidarında olduğu bildirilir.

Teymur Aslanov
Missiya.Az


  • 22-06-2022, 11:16