AZ   |   RU
ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silahlar göndərir
Bayden administrasiyası Ukraynaya əlavə 1 milyard dollar dəyərində hərbi yardım ayırır.

Missiya.Az
APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ Prezident Administrasiyasının rəsmisi bildirib. Qeyd olunub ki, yardım paketinə əlavə haubitsalar, sursat və sahil müdafiə sistemlərinin daxil olacağı gözlənilir.​

Məlumata görə, hərbi yardım paketinə daxil olan silah və sursatlar həm tezliklə göndərilməsi üçün ABŞ-ın mövcud ehtiyatlarından, həm də Ukraynaya uzunmüddətli tədarük üçün yeni kontraktlardan əldə ediləcək.

  • 15-06-2022, 20:28