AZ   |   RU
Azərbaycanın Qırğızıstandakı səfiri TAİB təmsilçiləri ilə görüşüb - FOTOLAR
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Qırğızıstan-Türkiyə “Manas” Universitetinə gələrək Türk Ağsaqqalları Birliyi – TAİB-in Bişkekdə səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Sudeif İmamverdiyevi səmimiyyətlə salamlayan səfir, akademiki Qırğızıstanda gördüyünə şad olduğunu bildirib. L.Qəndilov nümayəndə Heyətinin tərkibində olan, millət vəkili, professor Elman Nəsirov, TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürklə görüşərək, 15 iyun Milli Qurtuluş Günü ilə bağlı birgə konfransın uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Öz növbəsində TAİB sədri Sudeif İmamverdiyev göstərdiyi diqqətə görə cənab səfirə öz təşəkkürünü bildirib və Milli Qurtuluş günü ilə bağlı Konfransın təşkilatçıları sırasında Azərbaycan Səfirliyinin də olmasından məmnun qaldığını ifadə edib. 

Qeyd edək ki, Qırğızıstanda səfərdə olam Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələrinin səfir Lətif Qəndilovla ayrıca görüşü də nəzərdə tutulub.



  • 11-06-2022, 18:07