AZ   |   RU
TAİB nümayəndələrinə Qırğızıstanda yüksək ehtiram göstərilir - "Manas" rektoru adından ziyafət verilib - FOTOLAR
Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələrinin Qırğızıstana səfəri davam edir.

Bişkekdə yüksək ehtiramla qarşılanan TAİB təmsilçiləri bu gün də Qırğızıstan-Türkiyə “Manas” Universitetində bir sıra görüşlər keçirib, yerli KİV orqanlarına müsahibələr veriblər. Sabah isə TAİB nümayəndələri Piramida Media Holdinqin qonağı olacaq, Qırğızıstanın məşhur telakanllarından olan Piramida TV-nin canlı efirində, həm təşkilatın fəaliyyyəti, həm də iyunun 13-də keçiriləcək birgə konfrans barədə müsahibə verəcəklər.

Dünən günün sonunda TAİB-in nümayəndə heyətinin şərəfində “Manas” Universitetinin rektoru Alpaslan Ceylanın adından ziyafət verilib. Qırğız adət-ənənlərinə uyğun şəkildə və tərtibatda təşkil olunmuş ziyafət səmimi söhbətlərlə də diqqət çəkib. 

Xatırladaq ki, iyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi – TAİB, Qırğızıstan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş, “Tarix yazan liderlər” mövzusunda konfrans keçiriləcək.



  • 11-06-2022, 14:01