AZ   |   RU
Sarkisyandan ŞOK ETİRAFLAR: Azərbaycanın qisasından qorxduqları üçün... - VİDEO


Movses Akopyanın "İskəndər" raketinin Azərbaycanın hansı bölgəsinə atdığını gizlətməsi də Azərbaycanın dinc sakinləri yaşayan ərazilərinə Ermənistanın qadağan edilmiş silahlardan istifadə etdiyini təsdiqləyir. Qeyd edək ki, 2020-ci ilin oktyabrnda Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə bombalanıb. İlk hücum oktyabrın 4-də baş verib, bir mülki şəxs şəhid olmuş, 30-dan çox mülki şəxs isə yaralanmışdı. Bu, müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi.

İkinci raket hücumu isə oktyabrın 5-də baş vermişdi. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Üçüncü, raket atəşi oktyabrın 8-də edilmişdi. Dördüncü raket hücumu oktyabrın 11-də baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş, 40-dan çox dinc sakin yaralanmışdı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə oktyabr 17-də edilmişdi. Hücum nəticəsində 16 dinc sakin ölmüş, 55 mülki vətəndaşı yaralanmışdı.


  • 17-02-2021, 16:08