AZ   |   RU
“KTMT sülhməramlı qüvvələrinin Ukraynada istifadə oluna biləcəyi istisna olunmur” – Rus deputat

“KTMT sülhməramlı qüvvələrinin Ukraynanın azad edilmiş ərazilərində lazım ola biləcəyini istisna etmək olmaz”

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov jurnalistlərə açıqlamasında “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın (KTMT) sülhməramlı qüvvələrinin Ukraynanın azad edilmiş ərazilərində və Donbass respublikalarında lazım ola biləcəyini istisna etmək olmaz”-deyə vurğulayıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.  

Açıqlamada qeyd olunub ki, İrəvanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilir və bu məsələ sözügedən toplantıda müzakirə oluna bilər.
“İstisna etmək olmaz ki, KTMT ölkələrindən və Ukraynanın azad edilmiş ərazilərində, Donetsk və Luqansk Xalq Respublikalarından sülhməramlılara tələbat olacaq”, - Kartapolov jurnalistlərə söyləyib.  

“ Yəqin ki, bəzi NATO ölkələri sülhməramlılar adı altında oraya daxil olmağa çalışacaqlar”-o, bildirib. Siyasətçi, onu da deyib ki, KTMT-nin sülhməramlı missiyasına tələbat var. O, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyasının tapşırıqlarını yerinə yetirilməsi ilə bağlı misal çəkib, həmçinin Qazaxıstanda yanvar hadisələri zamanı sülhməramlıların iştirakını da xatırladıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 6-06-2022, 18:06