Latviya Milli Elektron Media Şurası Rusiyada qeydiyyatdan keçmiş 80 telekanalın yayımını qadağan edib. Missiya.Az BNS agentliyinə istinadən xəbər verir ki , qərar iyunun 9-da qüvvəyə minəcək.
Şuranın sədri İvars Abolinsin bildirib ki, bu tədbirlər bir ölkədə qeydə alınmış “başqa ölkənin ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirən” proqramların Latviyada yayımını qadağan edən hüquqi norma əsasında həyata keçirilib.
Rusiya telekanallarının xaricdə yayımına qadağa bu ölkənin Ukraynada fevralın 24-dən davam edən hərbi əməliyyatı fonunda başlayıb.
Qeyd edək ki, artıq İtaliya, Kanada, ABŞ və Böyük Britaniya Rusiyanın “Russia Today” televiziyasının ölkə ərazisində yayımına qadağa qoyub.
Həmçinin İtaliya “Birinci Kanal” və “Rossiya 24” televiziyalarının ölkə ərazisindəki yayım lisenziyalarını ləğv edib.