AZ   |   RU
Zelenski və Conson arasında telefon danışığı olub

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “tvitter” hesabında məlumat yayıb.

Zelenski bildirib ki, O, Boris Consonla Ukraynadakı hərbi vəziyyəti, Kiyevə veriləcək əlavə silah sistemlərini, ərzaq böhranından qaçmaq və limanları blokadadan çıxarmaq üçün yeni yolların axtarışı barədə müzakirə aparıb.

Daşqın Həsənov 
Missiya.Az


  • 6-06-2022, 16:19