AZ   |   RU
Qazaxıstanda referendum baş tutub
Qazaxıstanda keçirilən konstitusiya referendumunda yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə saat 20:00) seçici fəallığı 68,44 faiz təşkil edib. Ölkənin 17 inzibati ərazi subyektinin hamısında seçki məntəqələri bağlanıb.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının (MKK) keçirdiyi brifinqdə məlumat verilib.

“Rayon, respublika əhəmiyyətli şəhər və paytaxt komissiyalarının verdiyi məlumata görə, iyunun 5-də saat 22:00-a siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 68,44 faizi seçki bülleteni alıb”, - Mərkəzi Referendum Komissiyasının katibi Muxtar Yerman bildirib.

Onun sözlərinə görə, seçicilərin ən yüksək fəallığı Türküstan bölgəsində (80,66 %), ən aşağı göstərici isə Almatıdadır (33,3 %).

Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 52 xarici ölkədə 65 məntəqə fəaliyyət göstərib. Səsvermə siyahılarına 11,7 milyondan çox vətəndaş daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.


  • 5-06-2022, 21:51