AZ   |   RU
“Formula 1”ə görə bəzi avtobusların yolu dəyişdirilir

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər səbəbindən 6, 10, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən qeyd olunan müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi Azərbaycan pr. - Ə.Cavad küç. - B Sərdarov küçəsi ilə təşkil ediləcək.

  • 1-06-2022, 22:31