AZ   |   RU
Bu ölkə Türkiyədən "Bayraktar" almaq istəyir - Nazirdən açıqlama


Litva Türkiyədən “Bayraktar TB2” və başqa növ PUA-lar almaq istəyir.

Missiya.Az “haber7”-ə istinadən xəbər verir ki, bu sözləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, Ukraynaya “Bayraktar TB2” PUA-sı almaq üçün kampaniya başladan Litva, artıq öz ordusunu da bu silahlarla təchiz etmək istəyir. 
 
Anuşauskas bildirib ki, Litva Ukraynaya PUA bağışlanması ilə bağlı Türkiyə ilə danışıqlara başlayıb.

Aytac Şahin
Missiya.Az

  • 31-05-2022, 18:24