AZ   |   RU
Çavuşoğludan Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni açıqlama: "Mövqeyimiz dəyişməyəcək"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə bağlı yeni açıqlama verib.

Missiya.Az
“Habertürk”-ə istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin mövqeyini dəyişməyəcəyini də bildirib.

Türkiyə XİN rəhbəri bildirib ki, İsveç və Finlandiyada terror təşkilatları açıq şəkildə fəaliyyət göstərir: “Həmin ölkələrin terrora göstərdiyi dəstəyin dayandırılmasını istəyirik”.

Çavuşoğlu Fransa və Almaniyanın Ankaradakı səfirliklərinin PKK-nın bu ölkələrdə təşkil etdiyi nümayişlərə görə nazirliyə çağırıldığını da açıqlayıb.

Qeyd edək ki, rəsmi Ankara Finlandiya və İsveçin terrora dəstək göstərdiyi üçün NATO-ya üzvlüyünə qarşı çıxdığını açıqlayıb. 

Aytac Şahin
Missiya.Az


  • 31-05-2022, 15:34