AZ   |   RU
Çin Tayvanla sərhədə 30 döyüş təyyarəsi göndərib

Çin Tyavanın hava hücumundan müdafiə zonasına 30 döyüş təyyarəsi göndərib. 

Missiya.Az
xəbər verir ki, bu barədə “bbc news” məlumat yayıb. 

Bildirilir ki, Tayvan da Çinin hərbi manevrlərindən sonra sərhəd zonasına döyüş təyyarələri yerləşdirib. 

Qeyd edək ki, Çin son aylar Tayvanın hava məkanına təzyiqini artırıb. Rəsmi Pekin bəyan edib ki, hərbi aktivlik təlimlərlə bağlıdır.

Xatırladaq ki, Çinlə Tayvan arasında son hərbi gərginlik yanvar ayında baş verib.

Daşqın Həsənov 
Missiya.Az 


  • 31-05-2022, 14:51