AZ   |   RU
TAİB nümayəndələri Gəncədə Cümhuriyyət muzeyini ziyarət ediblər - FOTOLAR
Gəncədə səfərdə olan Türk Ağsaqqalları Birliyi - TAİB nümayəndələri şəhərdəki Cümhuriyyət tarixi muzeyini ziyarət ediblər.

Missiya.Az xəbər verir ki, TAİB sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə muzeyin yaranma tarixi, Azərbaycan Demokratik Respublikası hökumətinin Gəncədəki fəaliyyət dövrünün özəllikləri və muzeydəki eksponatlar barədə ətraflı məlumat verilib.

Zəngin tarixi materialların, Cümhuriyyət dövrünə aid sənəd  və əşyaların cəmləşdiyi muzeylə tanışlıq TAİB təmsilçilərinə fəxarət dolu anlar yaşadıb. 

Qeyd edək ki, Gəncədəki Cümhuriyyət Muzeyi Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərir.

Ziyarətdə TAİB təmsilçiləri ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 
 
 
 
 
 



  • 28-05-2022, 14:16