AZ   |   RU
Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.

“Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsi zərurətinin tərəfdarıyam”, - deyə Ukrayna Prezidentinin saytında dərc edilmiş petisiyaya cavabda deyilir.

Vladimir Zelenski bundan irəli gələn məsələləri həll etməyi baş nazir Denis Şmıqala tapşırıb.

  • 25-05-2022, 21:55