AZ   |   RU
Çindən Baydenin Tayvanla bağlı təhdidinə sərt cavab

"Birləşmiş Ştatlar Çin xalqının öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini zəif qiymətləndirməməlidir".

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi ABŞ prezidenti Co Baydenin Tayvanla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Yaponiyada səfərdə olan ABŞ prezidenti Co Bayden baş nazir Kişida Fumio ilə görüşü zamanı Çinin Tayvan adasına hərbi müdaxilə edəcəyi ilə bağlı danışıb. O bildirib ki, əgər Çin Tayvana hərbi müdaxilə edərsə, ABŞ cavab verəcək.

"Əgər ehtiyac yaranarsa, Birləşmiş Ştatlar Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır. Bəli, bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir".

Qeyd edək ki, Çin son dövrlər Tayvan adası ətrafında hərbi aktivliyini artırıb.

Hüsyn Babayev
Missiya.Az


  • 23-05-2022, 13:06