AZ   |   RU
Rusiya Finlandiya ilə sərhəddə əlavə qüvvə cəmləşdirməyə başlayıb

Rusiya Finlandiya və İsveçin NATO-ya müraciətinə cavab olaraq adekvat tədbirləri gördüyü barədə xəbərdarlıq edib. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. 

Şoyqu bildirib ki, İsveç və Finlandiyanın alyansa qoşulması sərhəd yaxınlığında hərbi təhdidlərin artmasına səbəb olub. 

O qeyd edib ki, Moskva bu təhdidlərə öz qərbi dairəsində 12 yeni bölmə yaratmaqla cavab verəcək.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 18:02