AZ   |   RU
İsveçdən Türkiyənin PKK ilə bağlı iddialarına CAVAB

İsveç Türkiyənin Kürdüstan Fəhlə Partiyasını dəstəkləməsi ilə bağlı iddialara cavab verib.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün tviter hesabında məlumat yayıb.  

Linde bildirib ki, Türkiyədən sonra PKK-nı terror təşkilatı kimi siyahıya salan ilk dövlət İsveçdir. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Finlandiya və İsveçin PKK-ya dəstək verdiyi üçün NATO-ya üzvlük müraciətlərinə veto qoyacağını bildirib.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 17:56