AZ   |   RU
Ukraynanın baş qərargahı hərbi əməliyyatların 86-cı gününə dair məlumat yayıb

Son 24 saat ərzində Ukraynanın Donetsk və Luqansk itiqamətlərində Rusiya ordusunun 14 hücumu dəf edilib.

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.

Baş qərargah bildirib ki, düşmənə məxsus səkkiz tank, on dörd ədəd zirehli texnika və 1 ədəd Orlan-10 pilotsuz təyyarəsi Ukrayna qüvvələri tərəfindən məhv edilib.

Bundan əlavə, məlumatda Rusiya qüvvələrinin Qara dəniz və Azov dənizindəki qruplarının mülki gəmilərin qarşısını kəsməsi qeyd olunub.

Daşqın Həsənov
Missiya.Az 


  • 20-05-2022, 12:48