AZ   |   RU
Böyük Yeddilik ölkələri 18,4 milyard dollar yardım ayıracaq

Böyük Yeddilik ölkələrinin (G7) maliyyə nazirləri Ukraynaya kömək etmək üçün 18,4 milyard dollarlıq yardım ayırmaq barədə razılıq əldə edib. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, maliyyə nazirləri Kiyevin yanında olmağa və lazım olduqda daha çox dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ, Yaponiya, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın maliyyə nazirləri Ukraynada nağd pulun tükənməsi fonunda danışıqlar aparır.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 11:33